“Kəpəz” braziliyalı futbolçu alır

“Kəpəz” braziliyalı futbolçu alır
XƏBƏR 28 Dekabr 2017 / 11:44 3639
-  A +

Fasilədə bir neçə futbolçu ilə yollarını ayıran “Kəpəz” heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirir.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, artıq danışıqlar prosesi yekunlaşmaq üzrədir. Ancaq o, həmin oyunçunun adını açıqlamayıb:

“Futbolçu ilə razılıq əldə olunub. Deyə bilərəm ki, 99 faiz transfer müsbət yekunlaşacaq. 1 faiz isə sabah günortadan sonra dəqiqləşəcək”.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner