Hakan Çalhanoğlu "Qalatasaray" və "Fənərbaxça"nın hədəfində

Hakan Çalhanoğlu "Qalatasaray" və "Fənərbaxça"nın hədəfində
XƏBƏR 27 Dekabr 2017 / 19:19 3773
-  A +

Türkiyə millisi və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını vətənində davam etdirə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, ulduz futbolçu ilə "Fənərbaxça" və "Qalatasaray" klubları yaxından maraqlanırlar. Danışıqlar müsbət yekunlaşsa, Çalhanoğlu qış transfer pəncərəsində bu iki komandadan birinə keçə bilər.

Qeyd edək ki, yayda "Bayer"dən 22 milyon avro qarşılığında "Milan"a keçən futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır