Fellaini milli karyerasını başa vurur

Fellaini milli karyerasını başa vurur
XƏBƏR 27 Dekabr 2017 / 18:24 2408
-  A +

Belçika yığmasının üzvü Maruan Fellaini gələn il milli karyerasını başa vuracaq.

Qol.az-ın məlumatına görə, bunu ölkəsinin mətbuatına açıqlamasında  30 yaşlı yarımmüdafiəçi özü deyib.

O, gələn il Rusiyada keçiriləcək dünya çempionatından sonra milli komandadan ayrılacağını bildirib.

Qeyd edək ki, 2007-ci ildən Belçika millisində çıxış edən "Mançester Yunayted"in futbolçusu 80 oyun keçirib və 16 qol vurub.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq