“Qəbələ”dən ayrılan qapıçı Aqil Məmmədov Qol.az saytına müsahibə verib.
- “Qəbələ”dən ayrılmağın dəqiqləşdi?
- Bəli, artıq komandadan ayrılmışam. Hər şey rəsmiləşib. Transfer vərəqəmi də verdilər.
- “Qəbələ”dən gedişinin səbəbi “Neftçi”yə keçmək istəyindir?
- Yox, əsas istəyim oynamaqdır. Ehtiyatda qalmaq istəmirdim. Bu səbəbdən də “Qəbələ”dən ayrıldım.
- Bilirik ki, həm Elvin Məmmədova, həm də sənə təklif gəlmişdi. Amma Roman Qriqorçuk ikinizin də komandada qalmağınızı istəmişdi. Necə oldu ki, getməyinə icazə verdi?
- Özü ilə danışdım. Vəziyyəti izah etdim. Dedim, oynamaq istəyirəm. Sağ olsun, qərarımı hörmətlə qarşıladı, məni başa düşdü. Getməyimə icazə verdi. Buna görə həm “Qəbələ” klubuna, həmdə baş məşqçiyə təşəkkürümü bildirirəm.
- Qriqorçuka qərarını açıqlayanda komandada qalmağı təklif etdimi?
- Əlbəttə, qalmağı təklif etdi. Amma yenə deyirəm, mən oynamaq istəyirəm. Ehtiyatda oturan vaxtım deyil. Oynamaq üçün də əlimdən gələni edəcəm.
- Ümumiyyətlə,”Qəbələ”də əsas heyətə niyə düşə bilmirdin? Dmitri Bezotosnı çox güclüdür?
- Bu barədə danışmaq istəmirəm. Hələ vaxtı deyil. Vaxtı çatanda danışarıq.
- Bir müddətdir adın “Neftçi” ilə hallanır. “Qəbələ” səni buraxdığına görə artıq ortada bir maneə qalmadı...
- Hələ “Neftçi” məsələsində dəqiq bir şey yoxdur. Dəqiq olmayan şey haqqında mən necə danışım? Hələ gözləyirəm.
- “Neftçi”dən başqa hansısa klubdan təklif almısan?
- Bu dəqiqə bu haqda danışmaq çox tezdir. Qarşıda danışmaq üçün çox vaxtımız olacaq. Hələ gözləyirəm.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi