Ukraynanın məşhur klubu dağılır

Ukraynanın məşhur klubu dağılır
XƏBƏR 27 Dekabr 2017 / 11:42 4528
-  A +

Ukraynanın “Dnepr” klubu 2018-ci ildə dağıla bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə yerli mətbuata Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko məlumat verib.

O bildirib ki, keçmiş futbolçularına borcu olan "Dnepr"lə bağlı FİFA-dan xəbərdarlıq alıblar. Klub borclarını ödəyə bilməsə, gələn il peşəkar statusundan məhrum ediləcək.

Dnepropetrovsk təmsilçisi hazırda Ukrayna ikinci liqasında çıxış edir. Komandanın hesabından indiyə qədər 27 xal silinib.

Xatırladaq ki, 2014/15 mövsümündə Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" finala qədər irəliləyib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq