Müqaviləsini pozmaq üçün 10 milyon avro tələb edir

Müqaviləsini pozmaq üçün 10 milyon avro tələb edir
XƏBƏR 27 Dekabr 2017 / 01:33 4572
-  A +

Hatem Ben-Arfa qışda PSJ-ni tərk edə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ben-Arfa cari mövsüm Paris klubunun heyətində rəsmi oyunda meydana çıxmayıb. Bu səbəbdən də PSJ futbolçu ilə müqaviləni pozmaq istəyir.

Təcrübəli futbolçu sözləşməyə vaxtından əvvəl xitam verilməsinə qarşılıq olaraq 10 milyon avro tələb edir.

Qeyd edək ki, parislilərlə sözləşməsi gələn ilin yayında bitəcək Ben-Arfanın adı “Lester”lə yanaşı hallanır.

Son xəbərlər