Ture fikrindən daşındı - milliyə qayıdır

Ture fikrindən daşındı -  milliyə qayıdır
XƏBƏR 27 Dekabr 2017 / 00:39 3004
-  A +

“Mançester Siti”nin yarımmüdafiəçisi milli karyerası ilə bağlı yeni qərar qəbul edib.
Qol.az xəbər verir ki, təcrübəli futbolçu Fil Dişi Sahili yığmasındakı çıxışını bərpa etmək qərarına gəlib.
Bu haqda futbolçunun meneceri Dmitri Selyuk məlumat verib:
“Yaya Ture milli komandaya qayıtmaq qəarına gəlib. O, “fillər”lə birlikdə daha bir mükafat qazanmaq istəyir”.
Qeyd edək ki, DÇ-2018-dən kənarda qalan Fil Dişi Sahili yığmasının heyətində Yaya Ture daha əvvəl Afrika Millətlər Kubokunun qalibi olub.

Son xəbərlər