"Sumqayıt"dan 2-ci rəsmi transfer

"Sumqayıt"dan 2-ci rəsmi transfer
ÖLKƏ FUTBOLU 25 Dekabr 2017 / 14:02 4022
-  A +

"Sumqayıt" fasilədə Elnur Abdullayevdən sonra növbəti transferini reallaşdırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq "Zirə"də çıxış etmiş Nicat Qurbanovu heyətinə qatıb. 

25 yaşlı futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Nicat yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Zirə"dən başqa, "Simurq", "Neftçi", AZAL və "Kəpəz"də də oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner