Pike “Real” üzərində qələbəni 5 minlik şərabla qeyd etdi – Şəkil

Pike “Real” üzərində qələbəni 5 minlik şərabla qeyd etdi –  Şəkil
XƏBƏR 25 Dekabr 2017 / 13:56 4898
-  A +

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya La Liqasının 17-ci turunda “Real” üzərində qələbəni (3:0) bahalı şərablarla qeyd edib.

Qol.az-ın xəbərinə görə, öz “İnstaqram” hesabında 3 şərab butulkasının şəklini paylaşan kataloniyalı müdafiçi yazıb: “Bu gün bunu etməyə dəyər”.

İspaniyanın “Marca” qəzeti bu şərabların birlikdə təxminən 5300 avro qiyməti olduğunu yazıb.



Son xəbərlər
topaz banner