Fellaini "Mançester Yunayted"dən gedir

Fellaini "Mançester Yunayted"dən gedir
XƏBƏR 25 Dekabr 2017 / 10:20 2946
-  A +

“Mançester Yunayted”in futbolçusu Maruan Fellaini komandadan ayrılmaq qərarına gəlib.

Qol.az-ın məlumatına görə, bu barədə “Daily Express” xəbər yayıb.

Bildirilir ki, “mankunianlar”ın yeni müqavilə şərtləri belçikalı yarımmüdafiəçini qane etməyib. Onun yanvar ayından digər klublarla danışıqlar aparacağı qeyd olunub.

2013-cü ildən “MY”də çıxış edən Fellaininin klubu ilə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Onun PSJ və Çin klubları yaxından maraqlanır.

Daha çox


Son xəbərlər