Millimizin heyətində dəyişiklik

Millimizin heyətində dəyişiklik
XƏBƏR 25 Dekabr 2017 / 09:55 2927
-  A +

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Səbail”in futbolçusu Vidadi Cəfərov hazırlıq prosesinə qatılmayıb.

Buna gənc hücumçunun zədəsi səbəb olub. Paytaxt klubunun futbolçusu dekabrın 29-dək davam edəcək hazırlıq prosesindən kənar qalacaq.

Qeyd edək ki, toplanışda 25 oyunçu iştirak edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner