“Qəbələ”nin üzvü yeni müqaviləyə imza atdı

“Qəbələ”nin üzvü yeni müqaviləyə imza atdı
XƏBƏR 25 Dekabr 2017 / 00:24 2813
-  A +

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançı “Fight Night”la anlaşma imzalayıb.
Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə
qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçü 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.

Son xəbərlər