Maradonanın rekordu qırıldı

Maradonanın rekordu qırıldı
XƏBƏR 23 Dekabr 2017 / 22:00 5155
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın “Napoli”dəki rekordu qırılıb.

Qol.az-ın xəbərinə görə,  rekordu Marek Hamşek yeniləyib.

Slovakiyalı yarımmüdafiəçi bu gün A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə oyunda (3:2) komandasının qələbə qolunu vurub. Bununla da o, Neapol klubundakı qollarının sayını 116-ya çatdırıb.

Qeyd edək ki, buna qədər “Napoli”nin heyətində ən çox qol vuran Maradona idi. Onun hesabında 115 qol var.

Son xəbərlər