"Acı məğlubiyyətdir" - Zidan

"Acı məğlubiyyətdir" -  Zidan
XƏBƏR 23 Dekabr 2017 / 19:00 6764
-  A +

“Oyuna yaxşı başladıq. İlk hissə bərabər səviyyədə keçdi. İkinsi hissədə pis müdafiə olunduq, səhvlər etdik. Bizim üçün ağırdır, ancaq bu, futboldur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 17-ci turunda “Barselona”ya uduzduqları oyundan sonra deyib.

Fransalı mütəxəssis “Marca”ya açıqlamasında 0:3 hesablı məğlubiyyəti belə şərh edib:“Acı məğlubiyyətdir, ancaq biz heç nəyi dəyişməyəcəyik. Başımızı itirməli deyilik. Qarşıda bizi tətil gözləyir. Bu oyunu unutmaq lazımdır. Ailəmlə yaxşı istirahət edib, qayıdacam”.

Daha çox


Son xəbərlər