"Səbail"in və milli komandamızın qolkiperi Emil Balayev klubun rəsmi "Facebook" səhifəsində "On sual" rubrikasının qonağı olub. Qol.az-ın məlumatına görə, qapıçı ona verilən on suala cavab verib.
- Nə üçün futbolçu olmağa qərar verdiniz?
- Mən uşaqlıqdan çox vaxtımı məhəlləmizdə futbol oynayaraq keçirirdim. Buna görə də valideynlərim məni futbol məşqlərinə yazdırmağa qərar verdilər. Boyum hündür olduğu üçün, qapıçı oldum, baxmayaraq ki, həmişə hücumçu olmaq istəmişəm.
- Sizin üçün karyeranızın ən önəmli matçı və ya ən unudulmaz anı hansı idi?
- Ən önəmli matç, əlbəttə ki, "Səbail"in ilk qələbəsi - "Neftçi"ni məğlub etdiyi gün idi.
- Futbolda kumiriniz kimdir?
- Qapıçılardan, David De Xea və Yan Oblakı izləyirəm. 2006-cı ildə keçirilən dünya çempionatında Zidanın oyununu çox bəyənmişdim. Amma belə, kumirim yoxdur.
- Hobbiniz nədir?
- Mən kinomanam. Boş vaxtlarımda film izləməyi çox sevirəm. Həmçinin dostlarımla görüşməyə də çox vaxt ayırıram.
- Sevdiyiniz film, kitab və ya musiqi hansıdır?
- Robert De Nironun "Once upon a Time in America" (“Bir dəfə Amerikada”) və Al Paçinonun "Scarface" (“Çapıqlı üz”) filmindəki oyununu çox bəyənirəm. Sevimli aktyorum Al Paçinodur. Martin Scorsesenin bir çox mafia mövzulu filmini və ən çox detektiv janrında kitabları bəyənirəm. Daha dəqiq desək, Aqata Kristinin kitablarını. Musiqiyə gəldikdə isə, xüsusilə bəyəndiyim biri yoxdur. Sadəcə musiqinin yaxşı melodiyası olmalıdır deyə düşünürəm.
- Həyatda hansı prinsiplərə üstünlük verirsən?
- Heç vaxt öz qürurunu itirməmək və heç vaxt yalan danışmamaq. "Scarface" (Çapıqlı üz) filminə qayıtsaq, orda baş qəhrəmanında dediyi kimi, "Mən hətta yalan danışarkən belə, həqiqəti deyirəm!”
- İnsanlarda ən çox dəyər verdiyiniz nədir?
- Daha öncə də qeyd etdiyim kimi, mən insanlarda səmimiyyəti, dürüstlüyü və qürurlu olmağı dəyərləndirirəm. Və insanlarda ən vacib keyfiyyət isə, hər bir insanın statusundan asılı olmayaraq, hər kəsə eyni cür yanaşmaqdır.
- Karyeranızda ən vacib məqsədiniz nədir?
- Əsas məqsədim, hər zaman yeni nailiyyətlər qazanmağa davam etməkdir. Düşünürəm ki, ölkəmizi və klubumuzu beynəlxalq arenada təmsil etmək, böyük uğurdur. Əgər nə vaxtsa belə bir şans əldə etsəm, biləcəm ki, karyeramda uğur əldə etmişəm.
- Gənc futbolçulara nə kimi məsləhətiniz var?
- Mən onlara hər məşqi, hər günü dəyərləndirməklərini və hər oyuna sonuncusu imiş kimi çıxmaqlarını məsləhət görərdim. Çünki futbolçu karyerası bilirik ki, uzun olmur. Maksimum 35-40 ildir və hər anı dəyərləndirmək, həvəslə və işi sevərək məşq etmək lazımdır.
- Azarkeşlər haqqında nə demək istərdiniz?
- Baxmayaraq ki, klubumuz çox gəncdir, artıq qısa müddət ərzində bizim müəyyən azarkeş kütləmiz var və onlar gündən-günə artmaqdadır. Onlar bizi həm öz arenamızda, həm də səfər oyunlarında dəstəkləməyə gəlirlər. Buna ən yaxşı misal, Azərbaycan Kuboku çərçivəsində keçirilən səfər oyunlarıdır. Buna görə azarkeşlərimizə təşəkkürümü bildirirəm!
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı