“Mövqeyim üzrə ən yaxşı oyunçu seçilməyim mənim üçün fəxrdir. Burada amerikalılar, kosta-rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və digərləri var. CONCACAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futboloçu karyeramı yüksəltməyim üçün stimul olacaq”.
Qol.az-ın məlumatına görə, bunu “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.
Vətənində “Le Nouvelliste”yə müsahibə verən 28 yaşlı sol cinah yarımmüdafiəçisi bildirib ki, azarkeşlər üçün xoş xəbəri var. O, özü ilə “Qarabağ”ın forma və atributlarını gətirdiyini söyləyib: “Bunlar üzərində mənim adım olan Çempionlar Liqası üçün hazırlanmış xüsusi formalardır. Ölkədə xaricdə oynayan futbolçuların formalarını satışı hər zaman olmur. Ceff Lui, Kervan Belfor, Jan-Jak Pyer, Jan Soni Alysena kimi oyunçuların formaları yerli futbolçular üçün heç vaxt əlçatan olmayıb. Vəziyyəti dəyişməyə və ÇL-də oynadığım formaların Haiti bazarına çıxarılmasına çalışdım. Forma almaq istəyənlər “Oasis” otelinə gələ və ya “Junior Guerrier”ə zəng vura bilərlər”.
D.Gerrye deyib ki, formalar baha deyil. Onların qiyməti 100 dollar təşkil edir: “Həmçinin “iPhone” 6, 7 və 8 üçün üzlüklər, eləcə də başqa məhsullar var. Həmçinin Haitidə olduğum müddətdə almağa gələnlərə avtoqraf verəcəyəm. Haitiyə bayram üçün yox, ticarət etməyə gəlmişəm? (gülür) Xeyr, qardaşım. Biri digərinə mane olmur. ÇL-də oynadığımız hər bir şəhərdə azarkeşlərə avtoqraf paylayırıq. Haitiləri öz oğullarının avtoqrafından niyə məhrum etməliyik? Bu, Haiti yığmasında məni izləyən, uzaq Azərbaycanda da irəli getmək üçün mənə stimul verən insanlar üçün çox xoşdur” (report.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi