Birinci divizionda çıxış edən “Xəzər” klubunun icraçı-direktoru Emin Abbasov Qol.az saytına müsahibə verib. Tanınmış televiziya jurnalisti “Şüvəlan”dan ayrılmasından yeni klubda yeni vəzifəyə təyinatına kimi bir çox maraqlı məqamlara toxunub.
- "Şüvəlan"dan ayrılma səbəbiniz "Xəzər"dən gələn təklif oldu?
- İlk növbədə onu deyim ki, "Xəzər"in prezidenti Mahir Məmmədovla əvvəldən də tanışlığımız olub. Əvvəlcə fikirləri o idi ki, yalnız MFL-də klub yaratsınlar. "Xəzər"in MFL komandası yaradılandan sonra peşəkar klub qurmaq barədə qərara gəldilər. Amma bu işdə bir az gec qaldılar. Və çempionatın ilk yarısında qeyri-stabil nəticələrin əsas səbəbi də bu oldu. Mahir bəy əvvəldən də mənimlə çalışmaq niyyətində idi. Amma bildiyiniz kimi mən "Şüvəlan"da işə başlamışdım, "Xəzər"dən çox əvvəl bu işi üzərimə götürmüşdüm. Qış fasiləsi ərəfəsində mənə yenə belə bir təklif elədi. Bir az götür-qoy elədim, məsləhətləşdim. Həm də onu da nəzərə aldım ki, "Şüvəlan" formalaşmış klubdur, "Xəzər"i isə təməldən qurmaq lazımdır. Yəni hal-hazırda "Xəzər"də mənə çox ehtiyac var, nəinki "Şüvəlan"da. Qərara gəldikdən sonra "Xəzər" klubunun rəhbər şəxsləri ilə görüşüm oldu. Öz prinsiplərimi, işə baxışımı dedim və gördük ki, bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşür. Mənim üçün iş həyatında ən önəmli məqam çalışdığım adamların davranışı, həyata baxışının mənə uyğun olmasıdır. Bu baxımdan "Xəzər"i özüm üçün ideal yer sayıram. Çünki klubun başında insani keyfiyyətləri yüksək olan adamlar dayanıblar.
- Yəqin ki, komanda ilə tanış olmusunuz. "Xəzər"in strukturu, hazırkı vəziyyəti gələcəyə nikbin baxmağa əsas verirmi?
- Gələcəyə nikbin baxmağa əsas verən hazırda olan yox, gələcəkdə etmək istədiklərimizdir. Mənim bura dəvət olunmağımın əsas səbəbi də odur ki, ciddi klub yaradaq. Komanda yeni formalaşır, uşaq-futbol məktəbinin yaradılması istiqamətində işə başlayırıq, infrastruktur planlarımızı cızırıq. Bu gün "Xəzər"də həddindən çox görüləsi iş var. Kənardan kiməsə asan görünə bilər. Amma bu sahəni dərindən bilənlər sıfırdan klub qurmağın nə demək olduğunu yaxşı anlayır. Nikbinəm. Ümiməyyətlə mən təbiətən gələcəyi nikbin görən adamam. Ona görə də, "Xəzər"i yaxşı klub səviyyəsinə gətirəcəyimizə inanıram.
- Gələn mövsümdən "Xəzər"in Premyer Liqada çıxış edəcəyi söylənilir. Son 3 transfer - Emin Abbasov, Gündüz Abbaszadə və Elşad Əhmədovun təyinatları buna hesablanıb?
- Bəli, hədəfimiz Premyer Liqadır. Görülən bütün işlər də buna hesablanıb. Qış fasiləsindən sonra birinci divizionda daha güclü "Xəzər" görəcəksiniz. Yanvar ayından klubun uşaq-futbol məktəbi fəaliyyətə başlayır. İnfrastruktur yaratmaq üçün layihələr hazırlanır, müxtəlif variantlar müzakirə olunur. Lisenziyalaşdırmanın şərtlərinə uyğun işimizi quracağıq.
- Özünüz də qeyd etmisiniz ki, Əhmədovun komandanın sükanı arxasına keçməsi sırf sizin təşəbbüsünüz olub. Niyə məhz Elşad Əhmədov?
- Komandanın sükanı arxasında savadlı, ambisiyalı, özünü təsdiqləmək həvəsində olan mütəxəssis görmək istəyirdik. Elşad Əhmədov bu kriteriyalara cavab verdiyi üçün onun üzərində dayandıq. Bəli, Elşad müəllim sırf mənim təşəbbüsüm idi. Mən onun bacarığına çox güvənirəm. Əslində onun yeri divizion yox, Premyer Liqadır. Elə bizim də onu dəvət etməyimizin məqsədi "Xəzər"i onunla birlikdə Premyer Liqaya daşımaqdır.
- Mətbuatda Nazim Süleymanov variantının olduğu da səslənir. Həqiqətən bu mütəxəssislə danışıq olubmu?
- Yox. Belə bir fikir olmayıb.
- “CBC Sport”dakı işinizi davam etdirəcəksiniz, yoxsa artıq ayrılmısınız?
- Televiziyadan ayrılmamışam. Amma işim o qədər çox olur ki, şərhlərə qatılmağa çatdırmıram.
- "Xəzər"in cari mövsümdəki əsas hədəfi nədir?
- Bu mövsüm qarşıya qoyulan əsas məqsəd ilk “üçlük”də yer almaqdır. Bunun üçün komandaya hər cür şərait yaradacağıq. Hal-hazırda seleksiya işləri ilə məşğuluq. Düşündüyümüz oyunçuları gətirə bilsək, iddiamızı ortaya qoyacağıq.
Elnur SALAHOV
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı