"Qarabağ"ın hazırlıq planı dəqiqləşdi

"Qarabağ"ın hazırlıq planı dəqiqləşdi
ÖLKƏ FUTBOLU 22 Dekabr 2017 / 00:33 4810
-  A +

"Qarabağ"ın qış hazırlıq planı dəqiqləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.

Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Artıq 3 rəqibin adları və bu oyunların keçiriləcəyi tarixlər məlum olub.

“Qarabağ” yanvarın 20-si Polşanın "Legiya", yanvarın 25-i Ukraynanın "Mariopol" və fevralın 3-ü isə Monteneqronun "Mladost" komandasıyla qarşılaşacaq. Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.

Daha çox


Son xəbərlər