“Zirə” Polşa və Rusiya klubları ilə qarşılaşacaq

“Zirə” Polşa və Rusiya klubları ilə qarşılaşacaq
XƏBƏR 21 Dekabr 2017 / 16:48 2302
-  A +

“Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, 30-da isə Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard” klubları ilə qarşılaşacaq.

Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında isə qarşıdakı günlərdə məlumat veriləcək.


Son xəbərlər
topaz banner