Premyer Liqa klubu baş məşqçisini qovdu

Premyer Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 21 Dekabr 2017 / 00:20 2658
-  A +

İngiltərənin “Suonsi” klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Komandanın Premyer Liqada uğursuz çıxış klub rəhbərliyinin bu cür qərar verməsinə səbəb olub.

“Suonsi” hazırda 12 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Klement bu ilin yanvar ayından “Suonsi”ni çalışdırırdı.

Son xəbərlər
topaz banner