Kaka "Milan"da çalışa bilər

Kaka "Milan"da çalışa bilər
XƏBƏR 20 Dekabr 2017 / 18:47 2749
-  A +

Futbolçu karyerasını başa vuran Braziliya millisinin sabiq üzvü Kaka “Milan”da çalışa bilər.

Qol.az-ın məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.

Kakanın sabiq klubunda direktor  olacağı bildirilir. Klubun baş direktoru Marko Fassone yerli mətbuata açıqlamasında braziliyalı futbolçu ilə bu barədə danışıqları olduğunu və onunla dekabrın 25-də yenidən görüşəcəklərini deyib.

Qeyd edək ki, 35 yaşlı Kaka 2003-2009 və 2013-2014-cü illərdə "Milan"da oynayıb.

Daha çox


Son xəbərlər