Rositski 37 yaşında futboldan getdi

Rositski 37 yaşında futboldan getdi
XƏBƏR 20 Dekabr 2017 / 17:00 2878
-  A +

“Arsenal”ın və Çexiya millisinin sabiq üzvü Tomaş Rositski futbolçu karyerasını bitirib.

Qol.az-ın xəbərinə görə, 37 yaşlı yarımmüdafiəçi bu barədə özü İngiltərənin “San” nəşrinə açıqlama verib.

“Diqqətlə düşünərək dərk etdim ki, artıq fiziki durumum peşəkar futbolun tələblərinə cavab verə bilmir" - deyə o bildirib.

Qeyd edək ki, Rositski futbolçu karyerasına “Sparta”da (Praqa) başlayıb. “Arsenal” və “Borussiya”da (Dortmund) da çıxış edən futbolçu  2000-2016-cı illər aralığında Çexiya millisinin şərəfini qoruyub. O, karyerasını doğma klubu "Sparta"da başa vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner