“Qəbələ”nin müdafiəçisi İlqar Qurbanov “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədovun “Böyük qayıdış” filminin təqdimat mərasimindən sonra Qol.az-ın suallarını cavablandırıb.
- Film xoşuna gəldimi?
- Çox gözəl və mənalı filmdir. Adamın damarlarına işləyir. İdman həyatında bu cür hadisələri görəndə daha da həvəslənirsən, bu işə daha bərk sarılırsan. Məncə, bu film hər kəs üçün nümunədir. Məni daha da ruhlandırdı.
- Keçək “Qəbələ”yə. Komandanız fasiləyə 2-ci pillədə yollandı. Çıxışınızı necə dəyərləndirirsən?
- Son oyunlarda yaxşı təsir bağışladıq. Qələbə ilə bitirdik. Kubokda yarımfinala çıxdıq, çempionatda isə 2-ci pillədəyik. “Qarabağ”dan 6 xal geridəyik, amma elə də böyük fərq deyil. Təlim-məşq toplanışından maksimum şəkildə yararlanmalıyıq.
- "Qəbələ"nin vite-prezidenti Fariz Nəcəfov da qeyd etdi ki, komanda qeyri-sabit çıxış edir. İkinci dövrədə də bu cür halla üzləşəcəyinizdən qorxmursan?
- Mən qeyri-sabit çıxışımızı zədə ilə bağlayıram. Çünki komandada ciddi itkilər oldu. Mən, Filip, Dion sıradan çıxdıq. Çox maraqlı, karyeramda görmədiyim zədələr idi. Meydana tam heyətlə çıxa bilmirdik. Amma son oyunlarda bu problemi aradan qaldırdıq və ardıcıl qələbələr qazandıq.
- Son illərin ən uzun qış fasiləsi olacaq. Bu müddət komandaya nə dərəcədə təsir edəcək?
- Fasilə müddətinin çox olmasını müsbət hal kimi qiymətləndirirəm. Hazırlaşmaq üçün vaxtımız nə qədər çox olsa, bir o qədər yaxşıdır. Toplanışı yaxşı dəyərləndirməliyik.
- Zədədən sonra əsasən əvəzetmədən meydana daxil olursan. Bu, səni narahat etmir?
- Yox. Çünki tam hazır deyiləm. Bir az da vaxta ehtiyacım var. 3 ay oynamadım, çox ağır zədə almışdım. Əslində fasilənin uzun olması mənim xeyirimədir. Antalyada yaxşı hazırlıq keçib, əvvəlki formamı qaytarmağa çalışacam.
- Fasilədən sonra ilk turda “Qarabağ”la qarşılaşacaqsınız. Düzdür, həmin oyundan sonra qarşıda hələ 13 tur qalacaq. Amma məğlubiyyət xal fərqini 9-a çıxaracaq. Bu baxımdan “Qarabağ”la görüşü çempionluq baxımından həlledici saymaq olarmı?
- Bəli. Çünki uduzsaq, 9 xallıq fərq yaranacaq. Hazırkı çempionat da elə güclü deyil. 8 komanda mübarizə aparır. “Qarabağ” nadir hallarda xal itirir. Ona görə də məğlub olsaq, işimizi çətinə salacağıq.
- Kubokda “Qarabağ”ın “Sumqayıt”a uduzub mübarizəni dayandırması sizi ümidləndirdimi?
- Biz “Qarabağ”ın nəticəsinə yox, öz oyunumuza baxırıq. “Sumqayıt”ı kiçiltmək onlara haqsızlıq etmək deməkdir. Çünki Samir Abasov çox yaxşı komanda yaradıb. Düzdür, ciddi, güclü bir komanda kubokdan kənarlaşdırıldı. Amma digər rəqiblər də güclüdür. Yenə də çətin olacaq.
- Fariz Nəcəfov bu yaxınlarda mətbuata müsahibəsində legioner limitinin artırılması ilə bağlı fikirlər səsləndirmişdi. Səncə, limit dəyişdirilsə, bu, onsuz da oyun təcrübəsi baxımından əziyyət çəkən yerli futbolçuların vəziyyətini bir az da ağırlaşdırmayacaq?
- Bu barədə mənim nəsə deməyim nə dərəcədə düzgündür, bilmirəm. Amma biz limitsiz vaxtlarda da oynayaraq buralara gəlib çıxmışıq. “Xəzər Lənkəran” o vaxt çempion olanda, heyətdə 10-11 legioner çıxış edirdi. Bunu limitə bağlamıram. Futbolçu öz üzərində işləyəcəksə, özünü yaxşı tərəfdən göstərəcəksə, ona limit mane olmaz.
- Qurban Qurbanovun başçılığı altında oynamısan, səni yaxşı tanıyır. Səncə, onun milliyə baş məşqçi təyin olunması yığmaya yolunu aça bilərmi?
- Hələlik bu barədə fikirləşmirəm. Yalnız “Qəbələ”ni düşünürəm. Uğurlar arzu edirəm. Azərbaycan futbolu üçün uğurlu addım hesab edirəm. Əsas da yerli gənclərimiz üçün. Bundan maksimum yararlansınlar, dəyərini bilsinlər. Çünki Qurban Qurbanovla işləmək özü bir uğurdur.
Elnur SALAHOV
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik