“Arsenal” və “Mançester Siti” yarımfinalda

“Arsenal” və “Mançester Siti” yarımfinalda
XƏBƏR 20 Dekabr 2017 / 02:32 3779
-  A +

İngiltərə Liqa Kubokunda 1/4 final görüşləri start götürüb.

Qol.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

London derbisində “Arsenal” və “Vest Hem” üz-üzə gəlib. Matç “topçular”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Mançester Siti” “Lester”lə səfərdə üz-üzə gəlib. İlk yarıda hesabı açan Mançester təmsilçisi hakimin görüşün sonuna əlavə etdiyi 7-cy dəqiqədə qapısında qol görməklə qələbəni əldən verib.

Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilərlə aşkarlanıb. Burada daha dəqiq oynayan “Mançester Siti” yarımfinala yüksəlib.

İngiltərə Liqa Kuboku

1/4 final

19 dekabr

“Arsenal” - “Vest Hem” 1:0
Qol:
Uelbek, 42

“Lester” - “Mançester Siti” 1:1 - pen: 3-5
Qollar:
Silva, 26 (0:1), Vardi, 90+7-pen (1:1)

20 dekabr

“Çelsi” - “Bornmut”

“Bristol Siti” - “Mançester Yunayted”

Son xəbərlər