“Qarabağ” Rusiya klubu ilə qarşılaşacaq

“Qarabağ” Rusiya klubu ilə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 20 Dekabr 2017 / 01:16 4702
-  A +

Qış toplanışını Antalyada keçirəcək “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın birinci divizionunda çıxış edən “Şinnik”lə üz-üzə güləcək.

Yaroslav klubunun saytı yazır ki, yoldaşlıq görüşü yanvarın 30-da keçiriləcək.

Yanvarın 23-dən fevralın 4-ə kimi Antalyada hazırlıq keçəcək “Şinnik” Azərbaycan çempionu ilə yanaşı, Bolqarıstan “Dunav”ı ilə də üz-üzə gələcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 9-da Türkiyəyə yollanacaq. “Qarabağ”ın qardaş ölkədə 5 və ya 6 yoxlama oyunu keçirməsi gözlənilir. Yanvarın 20-də Ağdam təmsilçisi Polşa “Legiya”sını sınağa çəkəcək.

Daha çox


Son xəbərlər