“Borussiya” 18 yaşlı hücumçu alır

“Borussiya” 18 yaşlı hücumçu alır
XƏBƏR 19 Dekabr 2017 / 21:20 2964
-  A +

Almaniyanın “Borussiya” klubu heyətinə yeni oyunçu cəlb edir.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, Dortmund təmsilçisi Argentinanın “Veles Sarsfild” klubundan  Maksimiliano Romeronu transfer edir. Artıq klublar arasında razılıq əldə olunub.

Dortmund təmsilçisi bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, 18 yaşlı argentinalı futbolçu son 3 mövsümdə “Veles Sarsfild”in heyətində 40 oyun keçirib və 9 qol vurub.

Son xəbərlər