"Traktor Sazi" kubokla vidalaşdı

"Traktor Sazi" kubokla vidalaşdı
XƏBƏR 19 Dekabr 2017 / 20:30 1982
-  A +

İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, Təbrizin “Traktor Sazi” klubu bu mərhələdə “İstiqlal Xuzestan”la qarşılaşıb.

Təbrizlilər  oyuna əlavə edilmiş 4-cü dəqiqədə meydanda azlıqda qalıb. Vaxtilə “Qəbələ”də çıxış edən Fərzad Hatəmi qırmızı vərəqə alıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtda da qol vurulmayıb.

Cütün taleyini penaltilər seriyası həll edib. Burda daha dəqiq olan (4:3) “İstiqlal Xuzestan” yarımfinala vəsiqə qazanıb.

Son xəbərlər