Buffon "Roma"ya qarşı oynamayacaq

Buffon "Roma"ya qarşı oynamayacaq
XƏBƏR 19 Dekabr 2017 / 19:38 1651
-  A +

İtaliya A Seriyasının 18-ci turunda “Roma” ilə qarşılaşacaq “Yuventus” oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, komandanın qapıçısı Canluicci Buffon zədə səbəbindən bu vacib görüşü buraxacaq.

Komandanın baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata açıqlamasında bir müddətdir zədədən əziyyət çəkən 40 yaşlı qolkiperin oyuna hazır olmadığını bildirib.

Qeyd edək ki, dekabrın 23-də keçiriləcək “Yuventus” – “Roma” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər