Azərbaycan birici divizionunda mübarizə aparan "Sabah”ın baş məşqçisi Arif Əsədov klubun rəsmi "Facebook” səhifəsinə müsahibə verib.
- Komandanın 1-ci divizionda çıxışını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, bizim komanda çempionatın startına 1 ay qalmış yığıldı. Bu səbəbdən də istədiyim heyəti yığa bilmədim. Daha çox təcrübəsiz gənclərə, kənarda qalan, tanıdığım futbolçulara üstünlük verməli oldum. Diviziondakı çıxışımızı iki hissəyə bölərdim. Çempionatın startı bizim üçün yaxşı başladı. Həm nəticə, həm də oyun baxımından hər şey qaydasında gedirdi. Sonradan bəzi əsas heyət üzvlərinin zədələnməsi çıxışımıza da təsirsiz ötüşmədi. Heyətimiz geniş olmadığından çempionatın gedişində zədəli və cəzalı futbolçuların yoxluğu dərhal hiss olundu. Buna baxmayaraq, fasiləyə iki tur qalmış komanda özünə gəlməyi bacardı. Məni narazı salan yeganə məqam turnir cədvəlindəki mövqeyimizdir. Bununla belə, xal baxımından liderlər qrupundan çox aralanmadıq. İkinci pillədən bizi cəmi 6 xal ayırır ki, bu da gələcəyə nikbin baxmağa əsas verir.
- Qış fasiləsindən necə yararlanmağı düşünürsünüz?
- Hazırlıq planımız 3 hissədən ibarət olacaq. Komanda yanvarın 5-də bir araya gələcək. İlk mərhələ ayın 15-nə kimi davam edəcək. 1-ci mərhələ daha çox seleksiya xarakteri daşıyacaq. Yanvarın 15-də "Kəpəz”lə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. 2-ci mərhələdə əsasən fiziki hazırlığa diqqət yetirəcəyik. Bu mərhələdə daha 3 yoxlama görüşü keçirməyi düşünürük. Son mərhələdə isə texniki-taktiki tapşırıqlar üzərində işləyəcəyik.
- Heyətlə bağlı hansısa dəyişikliklər gözlənilirmi?
-Artıq 7 futbolçu ilə yolları ayırmışıq. Demək olar ki, hər mövqeyə yeni futbolçu transfer etməyi düşünürük.
- Qış fasiləsindən sonra komandanın qarşısında hansı hədəf qoyulacaq? Ümumiyyətlə, komandanın potensialı nə qədər irəliləməyə imkan verir?
-Mümkün qədər turnir cədvəlində irəliləməyə çalışacağıq. Fikrimcə, ilk "üçlük” uğrunda mübarizə apara bilərik.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi