Rauf Əliyev Albaniya klubundan ayrıldı

Rauf Əliyev Albaniya klubundan ayrıldı
ÖLKƏ FUTBOLU 19 Dekabr 2017 / 09:52 6255
-  A +

Millimizin sabiq üzvü Rauf Əliyev Albaniyanın "Kukesi" klubundan ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə "Panama sport" saytı məlumat yayıb. Onun şəxsi istəyi ilə klubdan ayrıldığı bildirilib.

R.Əliyev Albaniya təmsilçisində dil baxımından problem yaşayıb. Ancaq türk dilində danışa bilməsi R.Əliyevin məşqçilər heyəti və komanda yoldaşları ilə ünsiyyət qurmasında problem yaratdığı üçün onun bu qərarı verdiyi vurğulanıb.
 
“Kukesi”də ayda 9 min dollar maaş alan futbolçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi iddia olunub.

Daha çox


Son xəbərlər
topaz banner