"Qarabağ"ın kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rəşad Sadıqovun İtaliya və İngiltərəyə səfərinin yekunları ilə bağlı müsahibəsi
- Təcrübə üçün məhz İtaliya "Roma"sını seçməyiniz nə ilə bağlı idi?
- Pro kateqoriyası ilə bağlı hər hansı komandanın düşərgəsində olmalı idim. Məhz "Roma"nı seçməyim təsadüf deyildi. Bu komandaya qarşı oynamışdım. "Roma”nın oyun fəlsəfəsi və son vaxtlar oyununlarındakı yüksəliş, həm Çempionlar Liqası, həm də İtaliya A Seriyasında yaxşı çıxış etməsi diqqətimi çəkirdi. Həmin kluba qarşı oynayanda da çətinlik çəkirdim. Həm hücumlarda, həm də müdafiədə yaxşı təsir bağışlayırdılar. Buna görə də "Roma”nı və klubun baş məşqçisi Eusebio Di Françeskonu seçdim.
- Gördüklərinizdən razı qaldınız?
- Bəli. İtaliyaya gedəndən sonra çox sevindim ki, məhz bu klubu seşmişəm. Bütün həftə ərzində məşqlərini və "Kalyari"yə qarşı A Seriyasındakı son oyunu izlədim. Bununla da mənim Pro proqramım tamalandı.
- Bəs necə oldu ki, İngiltərənin "Mançester Siti" klubunun da düşərgəsinə yollandınız?
- Mançesterə getməyim öz istəyimlə bağlı idi. Bunun Pro kateqoriyası ilə hər hansı bağlılığı yox idi. 15-20 gün danışıqlar getdi və sonda icazə verdilər. "Mançester Siti” qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır. Qarşılarına böyük məqsədlər qoyublar. Sıx qrafiklə matçlar keçirirlər. Amma elə oldu ki, razılıq aldıq. Çünki mənim üçün Xosep Qvardiola nümunəvi məşqçidir. Həmişə onu sevmişəm, izləmişəm. Futbolçu olanda da söyləyirdim ki, nə vaxtsa məşqçilik karyerama başlasam, belə təcrübələrdən çox istifadə edəcəyəm. İmkan düşdükcə, təcrübəli məşqçilərin məşqində, görüşlərində iştirak etməyi qarşıma məqsəd qoymuşam. Elmimi, savadımı və təcrübəmi artırmaq istəyirəm.
- Görüşləriniz necə keçdi?
- "Mançester Siti”nin "Tottenhem"lə Premyer Liqa qarşılaşmasını və bir məşqini canlı izləyə bildim. Əvvəlcədən baş məşqçi ilə görüş danışılmamışdı. Komandanın sıx qrafiki ilə əlaqədar iki günlük proqramıma bu görüş daxil edilməmişdi. Amma orada razılıq əldə olundu ki, qarşıdakı bir ildə əvvəlcədən məlumatlandırmaqla, bir həftəlik məşq proqramında iştirak edə və Qvardiolanın özü ilə danışıb, çox vaxt keçirmə fürsəti qazana bilərəm. Bunun alınıb-alınmayacağını bilmirəm. Çünki bu məsələ öz proqramımdan da asılıdır.
- Keçirdiyiniz görüşlərdə "Qarabağ"ın Çempionlar Liqasındakı görüşlərinə toxunuldu?
- "Roma"da da, "Mançester Siti"də də məni çox isti qarşıladılar. Çempionlar Liqasında oynamağımız həqiqətən də irəli atılan addımdır. Mən bunu səfərdə də hiss etdim. Hamı bizim nəticələrdən və uğurumuzdan danışırdı.
Mənbə: sportnet.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi