Qış transfer dövründə "Neftçi" klubunu daha 7 futbolçu tərk edə bilər.
Qol.az sportnet.az-a istinadən xəbər verir ki, hazırda Tərzin Cahangirov, Lukas Daniel Seqoviya və Mateo Mujekin müqavilələrinə xitam verilməsi üçün danışıqlar aparılır.
Cahangirovla "Keşlə" maraqlandığı halda, Mujekin Qazaxıstanda çıxış etmə variantı ortaya çıxıb. Bundan başqa Məqsəd İsayevlə Rahil Məmmədovun icarəyə verilmələri gündəmdədir. Məmmədovu "Səbail" və "Sabah", İsayevi isə "Keşlə" istəyir.
"Sabah" "Neftçi"nin qapıçısı Maksim Vaylonu da istəyir. Vaylonun Ukrayna variantı da var. Fəhmin Muradbəyli isə "Səbail"ə icarəyə veriləcək.
Qeyd edək ki, daha əvvəl Pavel Dreksanın "Neftçi" ilə başa çatan icarə müqaviləsi uzadılmayıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi