Bir neçə gün öncə “Kəpəz”in əvəzedici komandasından istefaya göndərilən Azər Məmmədov Qol.az saytına müsahibə verib.
- “Kəpəz”dən sizi göndərdilər, yoxsa özünüz ayrıldınız?
- Düzünü desəm, çıxardılar. Burada danılası bir şey yoxdur. Mənim qərarımı bir az qabaqladılar. Bizim icraçı direktorumuz var – Elnur Camalxanov. Yeni təyin olunub. Zəng vurdu, hiss etdim ki, məni çıxardıqlarını deyə bilmir. Mən də dedim ki, Elnur müəllim, futbol həyatıdır, belə də ola bilər. Mənə bildirdi ki, Yunis müəllimin tapşırığıdır, sən, Vasif Əliyev və digər məşqçilər işdən azad olunurlar. Mən də normal qarşıladım.
- Özünüz komandadan niyə ayrılmaq istəyirdiniz?
- Yanvarın əvvəlində özüm getmək istəyirdim. Digər klubların əvəzediciləri ilə müqayisədə “Kəpəz”in problemi böyük idi. Məşq etməyə yerimiz yox idi. 2 il yarım idi ki, səfərdə oynayırdıq. Yevlax da bizim üçün səfər sayılırdı. Mən həm əvəzedici komandanın baş məşqçisi, həm də aşağı yaş qrupları üzrə koordinator idim. Gəncə futbolu üçün az iş görməmişdik. Nəticələrə fikir vermirdim, əsas məqsəd futbolçu yetişdirmək idi. Şəraitsizliyə baxmayaraq, müəyyən işlər görmüşdük. Təəssüflər olsun ki, bizdə işi turnir cədvəlinə görə dəyərləndirirlər. Amma Şahin Diniyev mənə konkret tapşırıq vermişdi ki, ona nə yer, nə də nəticə lazımdır. Əsas komandaya futbolçu yetişdirməyimi istəyirdi. Xüsusilə də gəncəli futbolçular. Əvvəllər “Gəncə futbolun Məkkəsidir” deyə bir ifadə vardı. Artıq ondan əsər-əlamət qalmayıb. Neçə illər burda futbolun olmaması ağır fəsadlar yaradıb. Bütün klublar PFL-ə 23 futbolçu sifariş etmişdi, biz isə isə cəmi 15 nəfər.
- Yəni vəziyyət o dərəcədə acınacaqlıdır ki, futbolçu tapa bilmirsiniz?
- Reallıq budur ki, Gəncədə futbolçu qıtlığı var. Məndən nəticə tələb olunmurdu. Şahin müəllim məndən perspektivli uşaqları üzə çıxarmağımı tələb edirdi.
- Dediyiniz kimi, Gəncə futbolunda hazırda çatışmazlıqlar çoxdur. Sizcə, yerinizə gələn məşqçi nəyi dəyişə bilər ki, komandanı düzəltsin?
- Bu sualın cavabını zaman göstərəcək. Əvvəllər aşağı liqalarda rəqiblərinə 0:15 hesabı ilə uduzan uşaqlardan mübariz komanda yaratmışdıq. Tərif kimi qəbul etməyin, son illər Gəncə futbolu üçün sağlam işlər görmüşdüm. Heyif ki, yarımçıq qaldı. Sonu necə olacaq, mən də bilmirəm.
- Komandadan göndərildiyiniz üçün kimdənsə incikliyiniz var?
- Yox, nəyə görə incikliyim olmalıdır ki? Məşqçi həyatı budur. Mənim yalnız ştatda olan işimi əlimdən ala bilərlər. Ağlımı, peşəmi heç kim əlimdən ala bilməz. Ona görə də öz ağlıma, bacarığıma güvənirəm. Zaman hər bir şeyi göstərəcək.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi