Topaz Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın tətil günləri gələn ilin yanvarın 4-nədək kimi davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.
Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə gedəcək. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə olacaq.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı