Millimizin üzvü Dəniz Yılmaz şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubundan 1 milyon türk lirəsi borcunu hədə yolu ilə alıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Adanaspor"la oyundan sonra borcunun ödənilməsi ilə bağlı öz klubuna xəbərdarlıq edib.
Borcunun bir gün ərzində ödənilməsini tələb edən D.Yılmaz əks təqdirdə, müqaviləsini birtərəfli qaydada pozaraq, azad agent olacağını bildirib. "Bursaspor" maliyyə fair-pleyi məsələsində problemlə üzləşməmək üçün dərhal nəğd pul axtarışına başlayıb. Klub axşam saatlarında həmin vəsaiti taparaq futbolçuya ödəyib.
Ancaq D.Yılmazın bu hərəkəti maddi problemlər yaşayan klubun prezidenti Ali Ayı əsəbiləşdirib. Ötən həftə "Bursaspor" rəhbərliyi komandanın məşqçi heyəti və futbolçularla görüş keçirərə maaşın 2 ay gecikmə ilə ödənişinə dair razılığa gəlib. Amma D.Yılmazın bu hərəkəti klub tərəfindən müsbət qarşılanmayıb. Bundan sonra klub rəhbərliyi 2019-cu il mayın 31-i müqaviləsi başa çatacaq oyunçunu bu qış satmaq qərarına gəlib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı