“Neftçi”nin yarımmüdafiəçisi Derlis Meza Kolli ölkə kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu şərh edib.
- Rəqibi birinci hissədə göstərdiyimiz oyunla bütün komponentlərdə üstələdik. Bu da bizə qələbə qazandırdı. İli yaxşı başa vurub, tətilə yüksək əhval-ruhiyyədə yollanmaq üçün buna ehtiyacımız var idi. Qələbə qazanıb, yarımfinala adladıq. Buna görə çox sevinirəm.
- İkinci hissədə yorulduğunuz üçün müdafiəyə çəkildiniz, yoxsa taktiki gediş idi?
- Yorğunluq yox idi. Hesabda irəlidə olduğumuza görə, rəqibin üzərimizə gəlməsinə şərait yaratdıq ki, onları əks-hücumlarda yaxalayaq və hesabı daha artıraq.
- Oyundan sonra “Zirə”nin qapıçısı səni vurmaq istəyirdi...
- Heç bir problem yox idi. Meydanda baş verənlər orada da qalır. Futbolçuyuq, belə hallar tez-tez baş verə bilər. Meydandan kənarda yenə də münasibət saxlayırıq.
- Bəs bu cür aqressivliyin səbəbi nə idi?
- Bir epizod oldu, Məhəmməd Mirzəbəyov zədələnərək yerdə qalmışdı. Həmin epizodda rəqib qapıçı etirazını bildirdi. Mən də ona cavab qaytardım. Bundan sonra üstümə gəldi. Başqa heç bir problem olmadı.
- Oyundan sonra paltardəyişmə otağında səs-küy var idi. Deyəsən, yaxşı mükafat veriblər…
- Soyunub-geyinmə otağındakı sevincimiz qələbəyə görə idi. Özünüz də bilirsiniz ki, “Zirə”ni məğlub edə bilmirdik, uduzurduq. Bu oyuna yaxşı hazırlaşmışdıq və şükürlər olsun ki, ili qalibiyyətlə başa vurduq. Yəqin rəhbərlik zəhmətimizi layiqincə qiymətləndirəcək.
- Rəqibiniz sabah keçiriləcək oyunda müəyyənləşəcək. Hansı komanda ilə üz-üzə gəlmək istərdin?
- Yarımfinalda zəif rəqib olmur. Kiminlə qarşılaşacağımızdan asılı olmayaraq, oyuna ciddi hazırlaşacağıq. Rəqibin kimliyi önəmli deyil.
- Mətbuatda sənin mövqeyinə Rahid Əmirquliyevin transfer ediləcəyi ilə bağlı xəbərlər dolaşır. Bu, səni narahat etmir?
- Komandaya gəldiyim ilk gündən Tərlan Əhmədov mənə inamını, etimadını göstərir. Peşəkar futbolçuyam, üzərimə düşən işi görürəm. Yekunda da qərarı baş məşqçi verir.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır