“İlin idmançı”sı seçildiyim üçün çox sevinirəm. Bu, neçə illərdir çəkdiyim əziyyətin bəhrəsidir. Mənə səs verənlərə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, qazandığım nəticələrə qiymət verirlər. 3 qat dünya çempionu olmaqla tarix yazdım. Buna görə çox şadam. Ölkə başçısından, bir çox insanlardan təbriklər eşitdim. Yeni ildə də yeni nailiyyətlər qazanacam ki, yenə ən yaxşı idmançılardan biri olum”.
Qol.az-ın məlumatına görə, bu sözləri İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində “İlin idmançısı” mükafatına layiq görülən sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev deyib. Tədbirdən sonra təəssüratlarını bölüşən güləşçi əvvəlki problemlərin geridə qaldığını bildirib.
Son vaxtlar Güləş Federasiyasında maddi problem yaranması ilə bağlı xəbərlərə də aydınlıq gətirən dünya çempionu idmançılara diqqət və qayğı göstərilməsinin önəmini vurğulayıb:
“Hər bir problem həll olunub. Artıq hər şey qaydasındadır. Hər bir sahədə problem olur. İndi işlər yolundadır. Bunun nəticəsidir ki, 3-cü dəfə dünya çempionu oldum. Əlimizdən gələni edəcəyik ki, yeni uğurlar qazanaq”.
H. Əliyev son dünya çempionatında qızıl medal sayının az olmasının səbəblərinə də toxunub: “Hər şey idmançının hazırlığından asılıdır. Hər bir yarışın öz çətinliyi var. Son dünya çempionatında məğlub olan idmançılarımızın daha yaxşı hazırlaşıb növbəti turnirlərdə uğurlu nəticə qazanacaqlarına əminəm”.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Vergilər Naziri vəzifəsindən azad olunması ilə bağlı suala Hacı Əliyev belə cavab verib: “Bununla bağlı nəsə danışmaq idmançıya düşməz. Hər bir güləşçi istəyər ki, diqqətdən kənarda qalmasın. Çünki idmançıya qayğı olanda o, daha yaxşı nəticə göstərir. Kim gəlirsə gəlsin, əsas odur ki, idmana diqqət və qayğı göstərsin. Biz də beynəlxalq arenada uğurlar qazanaq”.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı