Qurban Qurbanov "Çelsi"nin düşərgəsində olacaq

Qurban Qurbanov "Çelsi"nin düşərgəsində olacaq
XƏBƏR 13 Dekabr 2017 / 16:34 4282
-  A +

"Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov "Çelsi"nin düşərgəsinə yollanacaq.

Qol.az-ın məlumatına görə, bu barədə o özü jurnalistlərə açıqlama verib.

Qurbanov təcrübəsini artırmaq üçün London klubunu seçdiyini deyib: "Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim".

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə eyni qrupda mübarizə aparıb.

Son xəbərlər
topaz banner