“Spartak”dan “Fənərbaxça”ya rəsmi təklif

“Spartak”dan “Fənərbaxça”ya rəsmi təklif
XƏBƏR 13 Dekabr 2017 / 00:48 4589
-  A +

“Spartak” qış transfer pəncərəsi zamanı “Fənərbaxça”nın müdafiəçisi Roman Noyştedteri transfer etmək istəyir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Moskva klubu artıq 29 yaşlı futbolçunun keçidi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndərib.

Lakin keçidin reallaşması heç də asan görünmür. Çünki Noyştedter cari mövsüm “Fənər”in əsas heyət üzvünə çevrilib.

Qeyd edək ki, Rusiya millisinin formasını geyən müdafiəçi cari mövsümdə Türkiyə Superliqasında meydana çıxdığı 14 oyunda 2 qol vurub.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu