“Latsio” rəhbərliyi “A” seriyasındakı hakimlikdən narazıdır və hazırda komanda çempionatdan yarımçıq çıxmaq barədə düşünür.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən gecə “Torino” ilə oyundan (1:3) sonra klub rəhbəriyi “A” seriyasını tərk etmək barədə məsələni müzakirə edib.
Klub prezidenti Klaudio Lotiti düşünür ki, “Latsio” siyasi kampaniyanın qurbanı olub. Bəziləri paytaxt klubunun mövsümün sonunda ilk dördlükdə qərarlaşmasını istəmir.
“Torino” ilə görüşdə rəqib futbolçu əllə oynasa da, hakim “Latsio”nun xeyrinə penalti təyin etməyib.
Üstəlik, komandanın aparıcı üzvü Çiro İmmobile Nikolas Burdisso ilə aralarında yaşanan insidentə görə videotəkrara baxıldıqdan sonra meydandan qovulub.
“Latsio”nun baş məşqçisi Simone İnzagi isə bildirib ki, hakimlər ardıcıl 4 turdur ki, onun komandasına qarşı qərəzli qərarlar qəbul edirlər.
Qeyd edək ki, qalmaqallı “Latsio” - “Torino” görüşünü Pyero Cakomelli idarə edib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu