DÇ-2018-in iştirakçısına texniki məğlubiyyət

DÇ-2018-in iştirakçısına texniki məğlubiyyət
XƏBƏR 12 Dekabr 2017 / 20:35 5647
-  A +

FİFA DÇ-2018-ə vəsiqə qazanan Nigeriya millisinə texniki məğlubiyyət verib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb yığmanın DÇ-2018-in seçmə mərhələsinin son oyununda cəzalı durumda olan futbolçudan istifadə etməsi olub.

Əlcəzairlə oyunda cəzalı Abdullay Şekunun meydana çıxması texniki məğlubiyyətlə nəticələnib. Lakin 0:3 hesablı məğlubiyyətin verilməsi Nigeriya millisinin turnir cədvəlindəki mövqeyini dəyişməyib və komandanın DÇ-2018-də içtirakına əngəl yaranmayıb.

Qeyd edək ki, Nigeriya gələn il Rusiyada keçiriləcək mundialda Xorvatiya, İslandiya və Argentina ilə bir qrupda mübarizə aparacaq.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə