"Mançester Yunayted"in sabiq baş məşqçisi Lui van Qal klubun hazırkı çalışdırıcısı Joze Mourinyonu tənqid edib.
Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan hollandiyalı mütəxəssis Mourinyonun darıxdırıcı futbol oynatdığını deyib: "Mançester Yunayted"in əvəzinə "Mançester Siti"nin oyununu izləməyi üstün tuturam. "Mançester Yunayted"i çalışdırdığım dönəm karyeramın ən yaxşı vaxtları idi. Yetərincə yaxşı oynamağımıza baxmayaraq, İngiltərədə bəyənilmirdim. Bu komanda bu mövsüm çox darıxdırıcı futbol oynasa da, Mourinyonun mənim qədər tənqid olunmur ".
Van Qal portuqaliyalı mütəxəssisin ondan fərqli olaraq, "MY"da müdafiə futbolu oynatdığını bildirib: "Mənim vaxtımda isə biz hücum futbolu oynayırdıq".
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu