Qış fasiləsinə 2-ci pillədə yollanan “Qəbələ”nin hazırlıq planı məlum olub.
Klubdan Qol.az-a verilən məlumata görə, “qırmızı-qaralar” yanvarın 5-də Antalyaya yola düşəcək. İki mərhələdən ibarət olacaq hazırlıq prosesi 1 ay davam edəcək. Komanda fevralın 4-də vətənə qayıdacaq.
Türkiyədəki 1 aylıq hazırlıq dövründə 7 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərdən ikisi artıq dəqiqləşib. “Qəbələ” yanvarın 17-də İsveçrənin “Sürix”, 24-də isə Makedoniyanın “Rabotniçki” klubları ilə qüvvəsini sınayacaq.
Yanvarın 10-da Türkiyə Superliqa təmsilçilərindən “Akhisar Bələdiyyəspor”, fevralın 3-də isə Makedoniya “Şkendiya”sı ilə oyunlar gözlənilsə də, tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Hələlik yalnız şifahi razılıq əldə olunub.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu