"Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli qolkiper söhbətə qırmızı vərəqə gördüyü epizoddan başlayıb.
- Son dəqiqələrdə Pedro mənimlə üzbəüz qaldı. İstədim, çıxıb topu uzaqlaşdırım. Bu vaxt məni aldatdı. Mən isə əvvəl Pedroya, daha sonra topa toxunub rəqibi yıxdım. Hakim də haqlı olaraq düzgün qərar verdi.
- Bu nəticəni turu keçmək üçün yetərli hesab edirsən?
- “Qarabağ” kimi komandaya qarşı ilk oyunda səfərdə 1:2 hesablı məğlubiyyət pis nəticə deyil. Artıq 2-ci matça hazırlaşacağıq. Düşünürəm ki, evdəki oyuna daha yaxşı hazırlaşıb, turu keçmək olar.
- Səncə, növbəti mərhələyə adlamaq real görünür?
- Əlbəttə. Bilirsiniz ki, “Qarabağ”la oyunlarımız yaxşı alınmır. Bu dəfə pis oynamadıq. Hər şeyə cavab oyununda aydınlıq gələcək.
- Ev oyununda “Sumqayıt”ın üstünlüyü nə olacaq?
- Ev oyunlarında güclü komandalara qalib gəlib, xal qazanmışıq. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaqlar. Bizi tək qoymayacaqlar. Birlikdə tam komanda olub, sona kimi mübarizə aparacağıq.
- “Qarabağ”la cavab oyununda qapıda gənc həmkarın dayanacaq. O isə oyun təcrübəsi baxımından əziyyət çəkir. Necə olacaq?
- O da yaxşı qapıçıdır. Özünü göstərmək üçün şansı olacaq. Məncə, komandaya köməyi dəyəcək.
- Çempionat artıq yarılanıb. 4-cü pilləni “Sumqayıt” üçün uğurlu saymaq olarmı?
- Əlbəttə. Əvvəlki illərlə müqayisədə uğurlu hesab etmək olar. 4-cü pillə pis nəticə deyil. Qarşıda ikinci dövrə var. Birinci dövrədə “Qarabağ”la hər iki oyunumuzu səfərdə oynamışıq. Doğma meydanda bu komanda ilə oyunlarımız var. Evdə daha yaxşı nəticələr qazanıb, yuxarı pillələrə qalxmağa çalışacağıq.
- Ehtiyat oyunçular skamyanız kasaddır. Bu mənada qış fasiləsində yeni transferlərə ehtiyac varmı?
- Bu suala məşqçilər cavab verə bilər. Bildiyiniz kimi, hər iki Cavid zədəlidir. Onlar da komandaya qoşulandan sonra bir az da güclənəcəyik. Transferlərlə isə məşqçilər korpusu məşğul olur.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi