"Qarabağ"ın hücmçusu Ramil Şeydayev Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış oyunda "Səbail" üzərində 2:0 hesablı qələbədən sonra ilə jurnalistlərə müsahibə verib. Qol.az-ın məlumatına görə, gənc forvard əvvəlcə qarşılaşmanı şərh edib.
- Yaxşı oyun oldu. 90 dəqiqə ərzində nəzarəti özümüzdə saxladıq. Fikrimcə, layiqli qələbə qazandıq.
- İkinci hissədə "Səbail"in futbolçularının yorulmasından sonra qollar vurmağa başladınız...
- Bu, onların problemidir. Burada bizlik nə var ki?! Oyun iki hissədən ibarətdir. Bir yox, iki hissə oynamaq lazımdır.
- Səncə, "Qarabağ" nəyin sayəsində qələbə qazandı?
- Oyun intizamı, sürətli hücumlar və topa nəzarət sayəsində. Düzdür, səhvlər də var idi. Amma səhvləri özümüz düzəltdik, hücuma atıldıq və qollar vurduq.
- Yenə qol vura bilmədin. Bu, nə ilə bağlıdır?
- Nə bilim? Hələ ki, alınmır. Bəxtim gətirmir, bir az da uğur çatışmır. İnanıram ki, qol vuracağam və hər şey qaydasına düşəcək.
- Amma Almaniya oyundan sonra hamı Ramil Şeydayevdə hər şeyin yaxşı alınacağını düşünürdü...
- Bunun üçün oynamaq, oynamaq və yenə də oynamaq lazımdır. Səbəbini özüm də bilmirəm, hələ ki, istəyim alınmır.
- Yenə heç nə alınmasa, daha bir il "Qarabağ"da qalmaq istərdiniz?
- Necə olacağını bilmirəm. Çünki hələ yarım illik icarə müqaviləm var. Sonrasına isə baxarıq, görək necə olur.
- Qurban Qurbanovla bu barədə söhbətiniz olub?
- Hesab edirəm ki, hələ tezdir. Qarşıda yarım il var. Mövsümün sonunda mütləq bu barədə danışacağıq.
- Qol vurmadıqca sanki daha da aqressiv olursan?
- Əlbəttə, mən hücumçuyam. Qol vurmaq istəyirəm. Çünki bu, mənim işimdir. Qol vurmalı, komandama xeyir verməliyəm. Alınmayanda özümə də təsir edir.
- "Trabzonspor"a qayıdışın gözlənilir? Ümumiyyətlə, özünü bu komandada görürsən?
- Hazırda bunu demək çətindir. Çünki bütün fikrim "Qarabağ"dadır. Qol vurmaq istəyirəm. Yalnız bu barədə düşünürəm. Hazırda bu qədər uzağa baxmıram. Çünki hələ yarım il burada qalacam. Necə olacağını demək çətindir. "Trabzonspor"la isə müqaviləm var. Onlar qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam.
- "Qayıt" desələr, özünü Burak Yılmaz, Uqo Rodalyeqa kimi hücumçularla rəqabətə hazır sayırsan?
- Qayıtmağımı istəsələr, deməli, onlara lazımam. Bu isə o deməkdir ki, həmin hücumçularla rəqabət apara bilərəm.
- Mətbuatda “Vest Hem" və "Napoli"nin səninlə yaxından maraqlandığı yazılır...
- Bilmirəm. Hələ heç nə məlum deyil.
- Azərbaycan dilini öyrənə bilirsən?
- Əlbəttə, azərbaycanca öyrənməyə, danışmağa çalışıram. Elə də yaxşı bacarmıram. Amma bir çox şeyi başa düşürəm.
"Arsenal"dan qələbə
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi
UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı
İngiltərədə bu mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi
"Bu, cinayətdir" - Klopp
Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi
"Mançester Yunayted"in Ten Haq qərarı
ÇL-də həftənin ən yaxşı oyunçusu odur
Misli Premyer Liqasında 33-cü turun hakimləri bilindi
Bir dövrün sonu
Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli oldu
“Liverpul”un futbolçusu məşhur aktyorun qızı ilə sevgilidir
Bakıda Avropa çempionatı keçiriləcək
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
"Şamaxı"nın vacib səfər qələbəsi - Video
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırıldı
"Qarabağ" - "Neftçi" matçının biletləri satışda
“Barselona” Pedrini satacaq
"Yaxşı ki, Belarusla qarşılaşdıq" - Millinin baş məşqçisi
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Birinci liqanı tərk edəcək komanda bilindi
Ardıcıl 7-ci dəfə çempion oldular
Messiyə mükafat verildi
Volkan Demireldən istefa qərarı
Andrixin gözəl qolu, "Bayer"in qələbəsi - Video
“Olimpiakos”dan sürpriz, “Fiorentina”dan çətin qələbə
"Bayer" "Roma"ya qalib gəldi, Marseldə heç-heçə
London derbisini “Çelsi” qazandı