UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov Qol.az saytına müsahibə verib. Ölkə futbolunda danışılmış oyunlarla bağlı baş verən qalmaqaldan söhbət açan Cəbrayılov günahkarları gözləyən növbəti mümkün cəzaları da açıqlayıb.
- Ölkə futbolu son günlər danışılmış oyunlar qalmaqalı ilə çalxalanır. Ümumiyyətlə, oyun alqı-satqısında iştirakı təsdiqlənən şəxslərlə bağlı cinayət məcəlləsində hansı cəzalar nəzərdə tutulub?
- Cinayət məcəlləsinin 192-2-ci maddəsinə görə, idman yarışlarının nəticələrini manipulyasiya edən şəxsləri həbs cəzası gözləyir. Sadəcə, istintaq araşdırmaları davam etdiyi üçün hələlik o bəndin tələbi yerinə yetirilmir. Bu cür hallarda günahkarlara birbaşa cəza verilmir. Əslində bu işin cəzası azadlıqdan məhrumetmədir. Bu qərarı isə məhkəmə verir. Araşdırma əsasında yığılan faktlar sənədləşdirilir və məhkəməyə təqdim olunur. Məhkəmə isə hökm çıxarır. Son olaylarla bağlı azadlıqdan məhrumetmə cəzası gözlənilir.
- AFFA-nın baş katibi Elxan Məmmədov da bildirmişdi, indi özünüz də qeyd etdiniz ki, araşdırmalar davam edir. Şübhələndiyiniz başqa məqamlar, başqa şəxslər də varmı?
- Təbii ki, yenə də var. Biz işimizi yekunlaşdırmamışıq. Araşdırmalar davam edir. Müvafiq olaraq, hüquq-mühafizə orqanlarına da məlumat veririk.
- Digər günahkarların adları nə vaxt açıqlanacaq?
- Bununla bağlı konkret nəsə demək mümkün deyil. Çünki araşdırma hələ gedir. Ola bilər ki, müəyyən müddətdən sonra açıqlansın. Amma heç olmaya da bilər. Sadəcə, onu deyim ki, şübhəli məqamlar kifayət qədər çoxdur. Biz də bununla bağlı araşdırmalara davam edirik.
- Nizami Hacıyev, Mirhüseyn Seyidov və son olaraq Ağakişi Mehdizadə konkret olaraq hansı oyunun nəticəsini manipulyasiya etməkdə günahlandırılırlar?
- Araşdırmanın detalları istintaq, gələcəkdə əməliyyat-axtarış materialıdır. İndi həmin detalların ətraflı açıqlanması istintaqın aparılmasına mane olur. Buna görə də ad çəkmək düzgün olmaz.
- Ağakişi Mehdizadə dünən saytımıza müsahibəsində AFFA-ya gedəcəyini və apellyasiya şikayəti verəcəyini bildirib. Federasiyada onunla görüş olub?
- Bəli, görüş olub. O, apellyasiya şikayətini necə verəcəyini soruşdu. Biz də detalları izah etdik. Yəqin ki, müraciət edəcək.
- Necə düşünürsünüz, şikayət nəyisə dəyişə bilər?
- Buna Apellyasiya Arbitraj Tribunalı baxır. Onlar nə qərar verəcək, bilmirəm. Bu barədə məlumatım yoxdur. Hər şey tribunalın qərarından asılı olacaq.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi