"Roma" Perotti ilə müqaviləni yenilədi

"Roma" Perotti ilə müqaviləni yenilədi
XƏBƏR 7 Dekabr 2017 / 14:17 1639
-  A +

"Roma" futbolçusu Dieqo Perotti ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin iyun ayına qədərdir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Roma" son qarşılaşmada məhz Perottinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ildən "Roma"da çıxış edir. O, bu müddət ərzində 78 oyuna 17 qol vurub.


Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner