“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir”.
Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib.
O, son günlər idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı baş verən proseslər barədə fikirlərini bildirib:
“Dünyanın müxtəlif yerlərində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir. Bəzi futbol federasiyaları bununla çox ciddi şəkildə mübarizə aparsa da, müəyyən federasiyalarda aktivlik yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu neqativ halla çox ciddi şəkildə mübarizə aparmalıyıq və aparırıq. Bu səhədə mütəmadi qaydada UEFA ilə sıx əməkdaşlıq edirik. Oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını dəfələrlə assosiasiya rəhbərliyi müxtəlif tədbirlərdə, müxtəlif tribunalarda səsləndirib. AFFA-nın son Konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah olunub. Müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında təşkil olunmuş növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusui vurğulayıb. Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi.
Bildiyiniz kimi, ötən mövsüm də bu məsələ çox ciddi şəkildə diqqət mərkəzində saxlanılırdı. Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandı. Təəssüf ki, bu virus cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub. Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar.
Qeyd etdiyim kimi, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edir. Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizim əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu virusun kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək”.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik