“Qarabağ”ın “Roma”dan xal almasına ümid etməliyik"

“Qarabağ”ın “Roma”dan xal almasına ümid etməliyik"
XƏBƏR 5 Dekabr 2017 / 16:31 2860
-  A +

"Atletiko"nun futbolçusu Filipe Luis Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, qrupdan çıxmaq şanslarının təkcə özlərindən yox, "Roma" - "Qarabağ" matçından asılı olduğunu deyib:

 “Biz qələbə qazanmağa çalışıb gözləyəcəyik. Çünki hər şey əlimizdə deyil. “Qarabağ”ın “Roma”dan xal almasına ümid etməliyik. Hazırki vəziyyətdə isə yalnız öz oyunumuzu düşünəcəyik”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner