“Maraqlı oyun izlədik. Birinci hissədə hər iki komandanın bir neçə epizodda hesabı dəyişmək üçün şansları oldu. Amma rəqib bu imkanlardan daha yaxşı istifadə etdi".
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin baş məşqçisi Joze Alesio Da Silva İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində Rusiyaya 3:4 hesabı ilə uduzduqları oyundan onra deyib.
"İkinci hissədə oyunumuzu bir qədər dəyişdik və hesabı bərabərləşdirdik. Ardıcıl səhvlərimiz oldu və Rusiya kimi rəqib belə səhvləri bağışlamır. Ümumi götürdükdə, hər iki komanda yaxşı çıxış etdi” - deyə o bildirib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu